Yunanıstana açıq dəstək. BƏƏ qüvvələri Krit adasında!

84

Hurriyyet.org xəbər verir ki, Türkiyənin Şərqi Aralıq dənizində “Navteks” elan elədiyi sahəyə yaxın bir bölgədə Fransa, Cənubi Kipr Yunan Respublikası və İtaliya ilə birlikdə təlim keçən Yunanıstana bir dəstək də Türkiyəyə qarşı əks mövqeyi ilə tanınan Birləşmiş Ərəb Əmirliklərindən gəlib. BƏƏ Yunanıstanla birlikdə ortaq təlimlərə qoşulub.

Yunanıstan, Cənubi Kipr və Fransa ilə birlikdə 3 günlük hərbi təlimlər keçiriləcəyini bəyan eləmişdi. Bu 3 ölkəyə bir gün əvvəl Türkiyə donanması ilə təlim keçmiş İtaliya da qoşulmuşdu.  Üç ölkəyə bundan bir gün əvvəl Türkiyə donanması ilə təlim keçmiş İtaliya da qoşulmuşdu.

BƏƏ-nin Yunanıstana məxsus Krit adasındakı Suda hava bazasına göndərdiyi doqquz hərbi təyyarənin fotoları cümə axşamı günü Yunanıstanın Müdafiə Nazirliyi tərəfindən dərc edilmişdi. Cümə günü isə iki ölkənin birgə təlimlərə başladığı xəbəri verildi.

BƏƏ-nin Sudadakı bazaya dörd ədəd nəqliyyat təyyarəsi göndərdiyi iddia edilir. Bundan əvvəl həmin bazaya Fransanın “Rafale” qırıcıları enmişdi.