Yunanıstan təşviş içərisində! İsrail bu səhər…

108

 

Hurriyyet.org xəbər verir ki, yunan mətbuatı Türkiyənin “Oruç Rəis” seysmik araşdırma gəmisinin və türk hərbi gəmilərinin çox yaxından izlənildiyini, Yunanıstanın hərbi təyyarələrinin də bu əraziyə sövq edildiyini bildirib.

İsrailin bu səhərki addımı gözlənilməz olub.

“Oruç Rəis” seysmik araşdırma gəmisinin şərqə doğru irəlilədiyini yazan “Katimerini” qəzeti İsrailin bu səhər Yunanıstana gecikmiş həmrəylik mesajı verdiyini yazıb.

İsrailin Afinadakı səfirliyi çərşənbə günü “Tvitter” hesabındakı yazısında Şərqi Aralıq dənizindəki gərginliyi diqqətlə izlədiklərini və Yunanıstanı tam dəstəklədiklərini bildirib.

“Etnos” qəzeti isə gərginliyin azaldılması üçün ABŞ-ın Türkiyə ilə Yunanıstan arasındakı dialoqun yenidən başlamasını dəstəklədiyini, Afinadakı səfir Ceffri Payatın Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşdüyünü yazıb. “Etnos” yunan ordusunun ikinci gecədə də türk gəmilərini daban-dabana izlədiklərini, “Oruç Rəis”in istiqamətini dəyişərək cənub-şərqə doğru irəlilədiyini iddia edib.