Yunanıstan reallığından bixəbər erməni lobbisi Türkiyə mallarını boykot etməyə çağırdı – Yeganə dəstəkçi PKK terrorçuları oldu

126

Hurriyyet.org xəbər verir ki, ABŞ-dakı erməni lobbisi Türkiyə mallarına qarşı “boykot” çağırışı edib. Amerika Erməni Milli Komitəsi Ayasofya məbədinin ibadətə açılması ilə əlaqədar erməni və yunan millətlərini Türkiyədə istehsal edilmiş malları boykot eləməyə çağırıb. Bu çağırışı radikal millətçi erməni və yunanlarla yanaşı PKK terror təşkilatı tərəfdarları dəstəkləyib.

Yunanıstan mətbuatından “Made in Turkey” açıqlaması

Erməni lobbisinin yunanlara etdiyi çağırışın uğurlu olacağı şübhə doğurur. Qeyd edək ki, Yunanıstanım İqtisadiyyat Nazirliyinin 2018 və 2019-cu illərlə bağlı idxal statistikasının açıqlamasından sonra yunan mətbuatında “Yunanıstan başdan-ayağa “Made in Turkey” etiketi ilə əhatə olunub” başlıqlı yazılar çap edilmişdi.

Türkiyədən ixracın miqyasından bəhs edən “Olimpia” qəzeti yazmışdı: “İnanılmaz olsa da, həqiqətdir… Türkiyə iqtisadiyyatına hər il milyardlarla avro qazandırırıq. Onlar da bu pullarla torpaqlarımızda və dəniz sahələrimizdə meydan sulayırlar. Kilsədəki zəngimizdən belimizdəki silaha qədər hər şeyin üzərində “Made in Turkey” yazılmasından utanmırsınızmı?”

Hurriyyet.org