Yunanıstan Prezidentinin hərb və sülh barədə ziddiyyətli açıqlaması

72

Hurriyyet.org xəbər verir ki, Yunanıstan Prezidenti Cumhurbaşkanı Katerina Sakellaropulu (Antalyanın Kaş rayonundan 2 kilometr məsafədə yerləşən) Meis Adasına səfəri zamanı CNN kanalına müsahibə verib. “Əgər sülh istəyirsinizsə, həmişə müharibəyə daha yaxşı hazır olmalısınız”, –  deyən Sakellaropulu kanal əməkdaşının Türkiyə ilə bağlı sualını eşitdikdə geriyə addım atıb.

Meis adasının Yunanıstanın tərkibinə daxil olmasının 77-ci ildönümü mərasimi ilə əlaqədar səfəri zamanı CNN kanalının “İki ölkə arasında böhran olduğu bir dövrdə Türkiyənin yanındakı adaya səfəriniz təhrikedici mesaj deyilmi?” sualının cavabında Sakellaropulu deyib: “Bir yunan prezidentinin sülhməramlı səfəri əsla təhrikedici ola bilməz. Hazırda həssas bir dövrdə yaşayırıq. Biz dialoq tərəfdarıyıq. Yunanıstan dialoqu dəstəklədiyini isbat edib. Amma təhdid altındakı dialoqu yox”.

Yunanistanın Baş naziri Kiriakos Miçotakis isə şənbə günü Selanikdə verdiyi açıqlamada Fransadan alacaqları “Rafale” tipli hərbi təyyarələrlə yeni bir hava donanması quracaqlarını, həmçinin qarşıdakı 10 il ərzində 10 milyard avro məbləğində hərbi sövdələşmələr aparacaqlarını bildirib.