Yunanıstan-Fransa birgə təlimindən sonra Pentaqondan açıqlama

126

Hurriyyet.org xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Conatan Hoffman Yunanıstan ilə Fransanın dəniz qüvvələrinin Aralıq dənizinin şərqində keçirəcəkləri təlimlərdən narahat olduqlarını bildirib. Pentaqon Aralıq dənizinin şərqində gərginliyin azaldığını görmək istədiklərini bildirərək, Fransa ilə Türkiyəni “anlaşılmazlıqları həll eləməyə” çağırıb.

Həm Türkiyə, həm də Fransanın olduqca mühüm NATO müttəfiqləri olduğunu vurğulayan Hoffman deyib: “ABŞ Şərqi Aralıq dənizində gərginliyin azalmasını istəyir”.