Yunanıstan dəniz sərhədlərini irəli çəkməyi planlaşdırır

72

Hurriyyet.org xəbər verir ki, Yunanıstan İon dənizində sahil suları sərhədini 6 mildən 12 milə qədər irəli çəkməyi planlaşdırır.

“Anadolu Agentliyi”nin verdiyi xbərə görə, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis  “Yunanıstanın böyüdüyünü” irəli sürərək deyib: “İon dənizində sahil sularımızı 6 dəniz milindən 12 milə qədər artırmağı nəzərdə yuyan qanun layihəsini bu yaxınlarda Parlamentə təqdim edəcəyik”.

Baş nazir ölkəsinin “sahil sularını genişləndirmək hüququndan gələcəkdə digər dəniz sahələri üçün istifadə edə biləcəyini” iddia edərək İtaliya ilə İon dənizi, Misir ilə Şərqi Aralıq dənizi üçün bağlanılan müqavilələri Yunanıstan üçün “tarixi və siyasi əhəmiyyətə malik” olaraq qiymətləndirib.

“Anlaşma Türkiyə üçün yox hökmündədir”

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan ilə Misir arasındakı razılaşmalar ilə bağlı açıqlamasında bildirmişdi: “imzalandığı bəyan edilən qondarma dəniz səlahiyyətləri sərhədləri müqaviləsi Türkiyə üçün yox hökmündədir. Bu mövqeyimizi meydanda da, danışıqlar masasında da nümayiş etdirəcəyik”.