Yunan professor: “Egey və Şərqi Aralıq dənizində haqsız olan bizik”

108

 

Hurriyyet.org xəbər verir ki, Yunanıstanın keçmiş diplomat və beynəlxalq hüquq professoru Aleksis İraklidis Egey dənizinin yunan gölü olmadığını bildirərək, həm Egey dənizi, həm də Şərqi Aralıq dənizində haqlı mövqedə olmadıqlarını söyləyib.

Türkiyə ilə Yunanıstan arasında Egey və Şərqi Aralıq dənizi ilə bağlı mübahisələr davam edir. Beynəlxalq hüquq professoru Aleksis İraklidis bir informasiya saytında verdiyi açıqlamalarda Türkiyə ilə Yunanıstan arasındakı münasibətlərdən danışarkən deyib: “Yunanıstanda hamı həm Egey, həm də Aralıq dənizi məsələlərində yunanların haqlı olduqlarını və Türkiyənin haqsız və aqressiv olduğunu güman eləməkdədir. Həqiqət isə tamamilə fərqlidir”. 15 il boyunca diplomatiya ilə işlədiyini bildirən İraklidis deyib: “Biz Egeyin Yunan gölü olduğunu hesab edirik. Lakin elə deyil. Egeydə tərəflərin hüquqları əslində 6 məsələdə bərabərdir. Sizə bir nümunə göstərim, hava məkanı məsələsində Yunanıstan tamamilə haqsızdır. Madam ki, sahil sularımız  6 mildir, o zaman hava məkanımızın da buna bərabər olması lazımdır. Bu, beynəlxalq hüquqa görə belədir. Uçuş məlumatı bölgəsi məsələsində də belədir. Hərbi təyyarələrin uçuş icazəsi almalarına ehtiyac yoxdur”.