Yunan mətbuatı xəbər verdi! Egey dənizində sular qaynayır

363

Hurriyyet.org xəbər verir ki, Egey dənizinin ortasında Silahlı Pilotsuz Uçuş Aparatları bazası qurmağa hazırlaşan Afina hökuməti Türkiyənin çıxışına cavab olaraq adaların tərk-silah olmayacağını bəyan edib.

Dörddə bir əsrdən sonra Türkiyə ilə Yunanıstan arasındakı gərginlik ən yüksək həddə çatıb. Türkiyənin seysmik kəşfiyyat gəmisi ilə birlikdə hərbi-dəniz donanmasını da Şərqi Aralıq dənizinə göndərməsindən sonra Yunanıstan təşvişə düşüb.

Yay mövsümü boyunca gərginlik qətiyyən azalmayıb. Afina hökuməti müttəfiqləri Fransa, Misir, Cənubi Kipr və BƏƏ kimi ölkələrlə birgə təlimlər keçirib. ABŞ isə Krit arasındakı Suda bazasına bir hərbi gəmisini göndərib.

Fransadan Rafale qırıcıları almağı qərara alan Yunanıstan ABŞ-dan F-35 hərbi təyyarələri almaq istəyib. Türkiyənin xüsusilə də Suriya, Liviya və Qarabağdakı müharibələrində tərəfdaşlarına dronlar vasitəsilə uğurlar qazandırması isə Yunanıstanın Egey dənizində ilk dəfə Silahlı Pilotsuz Uçuş Aparatları bazası qurmaq qərarını verməsinə səbəb olub.