Yunan mətbuatı Türkiyənin yerli hərbi gəmisindən HEYRANLIQLA BƏHS ETDİ

48

Hurriyyet.org xəbər verir ki, yunan mətbuatı Türkiyənin ən böyük hərbi gəmisi olan TCG Anadoludan heyranlıqla bəhs edib.

“Star.com.tr” portalının məlumatına görə, yunan mətbuatı Türkiyənin ilk yerli hərbi təyyarə gəmisi barəsində “Üstünlüyü şokedicidir” deyə yazıb, onun xaricdə əməliyyatlar keçirmək imkanlarını artıran amfibiya qabiliyyətlərinə malik olduğunu oxucularına çatdırıb. Xəbərdə TCG Anadolunun xüsusiyyətləri sadalanıb, ATAK vertolyotlarının da təyyarə gəmisində yerləşdiriləcəyi bildirilib, təyyarə gəmisinin Sedef tərsanəsindəki fotoları paylaşılıb.

TCG Anadolu gəmisi türk donanmasında xidmət edəcək.

Hurriyyet.org