Yunan gəmisi türklərin qayığı ilə toqquşdu – 4 nəfər balıqçı həlak oldu

180

Hurriyyet.org xəbər verir ki, bu gün yerli vaxtla saat 05.50-də Türkiyənin Adana vilayətinin Karataş rayonunun sahillərində Yunanıstanın ticarət gəmisi balıqçı qayığı ilə toqquşub. Adana valiliyinin açıqlamasına görə, toqquşma nəticəsində Türkiyənin balıqçı qayığının heyətindəki 5 nəfərdən dördü həlak olub, bir nəfər itkin düşüb.