Yumurtanın içindən bütöv yumurta çıxdı – VİDEO

    6

    Gəncə sakini maraqlı bir hadisə ilə üzləşib. Təsərrüfatında saxladığı ördəklərin yumurtalarınısındıran zaman içindən bütöv bir yumurta çıxıb.

    Hurriyyet.org-un məlumatına görə, yumurta sındırılır, içindən öz sarısı və bir də başqa bir yumurta çıxır.

    Qeyri-adi hadisə Gəncə sakini Elman Hümbətovun fərdi təsərrüfatında qeydə alınıb.

    Böyüklüyü və fərqli forması ilə diqqət çəkən ördək yumurtasının içi də qeyri-adi olub. Yumurtanın içindən bütöv yumurta çıxıb.

    Növbəti dəfə o, bu hadisəni telefonu ilə çəkib. Maraqlı hadisəni tamaşaçılarla bölüşmək qərarına gəlib.

    Böyüklüyü ilə fərqlənən digər yumurtadan isə iki sarı çıxıb.

    Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev deyir ki, bu cür anomaliyalar müxtəlif səbəblərdən baş verir. Bu halların yaranması mövsümi amillərdən, eləcə də yemləmə və yumurta borusunda gedən fizioloji-kimyəvi proseslərdən asılı ola bilər. \\XəzərXəbər

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: