Yumşaldılan karantin, çimərlik rəzalətləri və azad edilən general – Sevinc Telmanqızı ilə ölkə gündəmi

171

 

Hazırda TV Müsavatın efirindən yayınlanan “Canlı debat” verilişində ölkə gündəmi müzakirə olunur. Koronavirusla bağlı azalan statistika sərt karantin rejiminin yumşaldılması ilə müşayiət olundu. Bu gündən bir çox sahələrin fəaliyyətinə icazə verilib. Yoluxma rəqəmləri reallığı əks etdirirmi? Çimərliklərin fəaliyyətinə verilən icazə virusun yayılmasına səbəb ola bilərmi?

Hədsiz qələbəlik, çimərliklərdəki insan seli qorunmanı minimuma endirir. Bu halda nə etməli? Bu suallara cavab üçün həkim Vasif İsmayıl “Skype” vasitəsilə efirə qoşulub, ümumi vəziyyəti təhlil edir.

Eyni zamanda həbs edilən general Əfqan Nağıyevin azadlığa buraxılması da müzakirə olunur. Ev dustaqlığına buraxılan general cəmiyyətdə antikorrupsiya əməliyyatları ilə bağlı müsbət təəssüratı korladımı?

Canlı yayında gündəmi aparıcı Sevinc Telmanqızı şərh edir, tamaşaçı sualları və şərhləri nəzərə çatdırılır.

Bunun üçün Musavat.com-un “Facebook” və ya “Youtube” səhifələrindən birini bəyənib (like edib), canlı yayına qatıla bilərsiniz.

“Youtube” səhifəmizin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

“Facebook” səhifəmizin ünvanı:

https://www.facebook.com/NewMusavat/