Yük maşınları magistral yolda “avtoşluq” etdilər -VİDEO

    12

    Yük maşınları magistral yolda avtoxuliqanlıq edib. Bakı-Qazax magistralında 2 yük maşını digər avtomobillər üçün təhlükə yaradıb.

    Görüntülər Bakı-Qazax magistralının Kürdəmir rayonundan keçən hissəsində, yolda hərəkətdə olan sürücülərdən biri tərəfindən çəkilib. Kadrlardan göründüyü kimi, 99- NS-056 və 99-BR-720 dövlət nömrə nişanlı iki yük maşını bir-birini ötməyə çalışır və bir neçə dəqiqə ərzində digər avtomobillərin rahat hərəkətinə mane olur.

    Soldakı yük maşını sağdakını ötməyə, digəri isə onun ötüb-keçməsinə imkan verməməyə çalışır. Nəticədə də digər avtomobillər üçün təhlükəli vəziyyət yaranır.

    Ekspert Azər Allahverənov deyir ki, həmin sürücülərə İzibati Xətalar Məcəlləsinə əsasən, ötmə və manevretmə qaydalarının pozulmasına görə 40 manat məbləğində cərimə tətbiq edilə bilər. Lakin görüntülər tam dəqiqliklə araşdırıldıqda avtoxuliqanlıq maddəsi də ortaya çıxa bilər.

    Həmin maddəyə əsasən isə sürücülər hətta, həbs də oluna bilər.

    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, görüntülər tam dəqiqliklə araşdırılacaq və lazımi hüquqi qiymət veriləcək.\\Xezerxeber.az