YPG/PKK BÖLGƏNİ TƏRK EDƏCƏK

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyunun 4-də, ABŞ xarici işlər naziri Mayk Pompeo ilə görüşü zamanı Menbiç məsələsi ilə bağlı qərar qəbul ediləcəyini bildirib. Çavuşoğlu deyib: “Menbiç məsələsi bağlı təqvim iyunun 4-də müəyyənləşdiriləcək. İlkin razılaşmaya görə, YPG Menbiçi tərk edəcək. Türkiyə də buna nəzarət edəcək. Razılaşsaq, modeli bütün Şimali Suriyada tətbiq edə bilərik. ABŞ-ın YPG-PKK ilə əlaqəsini kəsmək niyyətində olduğunu hesab edirəm. Yayın axırına qədər YPG bölgəni tərk edəcək. Aralıq dövründə Türkiyə-ABŞ birlikləri bölgəni idarə edəcəklər”.

    Nazir deyib: “Bu görüşdən sonra səfirimiz Vaşinqtona qayıda bilər”.

    Hurriyyet.org