“Yoxlamaların bərpası üçün məsələ qaldırılıb” – Polis generalı

48

“Müvafiq qanunvericilik aktlarına əsasən, sahibkarlıq subyektlərində yoxlamalar dayandırıldığından son illər kənd təsərrüfatı, ictmai iaşə və digər sahələrdə məcburi əmək faktlarının aşkarlanması üzrə monitorinqlər aparılmır”.
Hurriyyet.org azvision.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, ancaq məsələnin əhəmiyyəti nəzərə alınaraq həmin yoxlamaların bərpa olunması üçün Daxili İşlər Nazirliyi tərəfindən aidiyyatı üzrə məsələ qaldırılıb.