Yoluxma sayında kəskin azalma – 8 nəfər öldü

81

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 527  yeni yoluxma faktı qeydə alınıb, 131 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 50486 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 41410 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8397 nəfərdir.

Ölkədə son sutka ərzində 6814, hazırkı dövrədək isə 1298348 test aparılıb.