Yoluxma niyə artır? – Harada səhv edirik?

48

“Adətən üç məsələdə ciddi səhvə yol veririk: ünsiyyət, sosial məsafə və maskadan istifadə”.

Bu sözləri tanınmış həkim Vasif İsmayıl koronavirusa yoluxma sayının artması səbəblərindən danışarkən bildirib.

O, sonra əlavə edib: “Bunlar çox vacibdir. İctimai nəqliyyatda, əhalinin ən sıx olduğu yerlərdə maska taxmaq yoluxma sayını onlarla dəfə azalda bilər.”

Həkim əllərin vaxtaşırı təmiz yuyulmasının da vacibliyindən danışıb: “Səhiyyə sistemimiz öz işini görür, amma insanlar da öz həyatlarını qorumağa çalışmalıdır.” \\Lent.az