Yolun çökmə SƏBƏBİ AÇIQLANDI – FOTOLAR

    3

    Bakının Nəsimi rayonunun Həsən Əliyev küçəsində avtomobil yolunda asfalt çöküb

    HURRİYYET.ORG Oxu.Az-a istinadən xəbər verir ki, həmin ərazi bir neçə gün öncə çökmüş və təmir olunmuşdu. Ancaq bir neçə saat əvvəl yolda yenidən çöküntü meydana gəlib.

    Hadisə yerinə Dövlət Avtomobil Yolları Agentliyinin əməkdaşları cəlb olunub.
    Hazırda bu istiqamətdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb, tıxac müşahidə olunur.
    ***
    Trend-ə açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, adıçəkilən ərazidə yolun təqribən 1 metr diametrində çökməsi ilə bağlı günorta saatlarında məlumat daxil olub: "Əməkdaşlarımız əraziyə cəlb olunub. İlkin baxış zamanı çökmənin su sızması nəticəsində baş verməsi aydınlaşıb. Aidiyyəti qurum tərəfindən su sızmasının qarşısı alınıb və yolun həmin hissəsi artıq bərpa olunub".