Yol qəzasında xəsarət alan 4 nəfərdən biri öldü – YENİLƏNİB

    21

    Saatlıda baş verən qəzada xəsarət almış şəxs xəstəxanada ölüb.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, rayonun Azadakənd kənd sakini, 1956-cı il təvəllüdlü Cəfərov Nizami Kamran oğlu Şivran xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

    ***

    Saatlı rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

    Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, hadisə Saatlı rayonunun Qaranuru kəndi ərazisində qeydə alınıb.

    “Mitsubishi” markalı avtomobillə “VAZ 2107” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə Saatlı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.