Yol qəzası: 2 ölü, 2 yaralı – Biləsuvar \ VİDEO

    9

    Biləsuvar rayonunda 2 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Goranboyda iki minik maşının toqquşması nəticəsində 1 qadın dünyasını dəyişib. Daha 4 nəfər isə yaralanıb.qəbələdə də bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.

    Avtomobilləkiçik tutumlu yük avtomobilin toqquşması nəticəsində iki nəfər dünyasını dəyişib.

    Hadisə Ələt-Astara magistralının Biləsuvar rayonun Xırmadallı kəndindənkeçən hissəsində qeydə alınıb. Cəlilabad rayon günəşli kənd sakinləriRəşad Həsənov və Saməddin ismayılovdünyasını dəyişib. Hadisəzamanı Şəhriyar Cananov və Əli ağayevyaralı halda xəstəxanaya çatdırılıblar.Faktla bağlı araşdırma aparılır.

    Goranboyda iki minik maşının toqquşması nəticəsində 1 qadın dünyasını dəyişib daha 4 nəfər isə yaralanıb. Ağır qəza Bakı-Qazax avtomagistralının rayonun Azad kəndindən keçən hissəsində qeydə alınıb. Toqquşma zamanı avtomobillərdən biri yol kənarına düşüb. Qəza nəticəsində 36 yaşlı sərnişin Aidə Abdullayeva dünyasını dəyişib. Hadisə zamanı 4 nəfər isəmüxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdılıblar.

    Qəbələdə də bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası olub.Ağdaş sakini, hazırda Bakıda yaşayan 36 yaşlı Viyanur Mustafayevidarə etdiyiminik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadaları-Hacallı kənd sakini, 27 yaşlı Rəvan Haqverdiyevvə onun 6 yaşlı oğlu Rövşən Haqverdiyevi vurub. Hadisə zamanıazyaşlıRövşən Haqverdiyev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib, atası isə yaralandığı üçün Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb.