Yol Polisində xidməti yaşı keçmiş vəzifəli şəxslər niyə təqaüdə göndərilmir? — FAKT

    15

    Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi Baş İdarəsinin Nərimanov rayon Yol Polisi şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayev xidməti yaşı çatmasına baxmayaraq, hələ də öz postunda saxlanılıb.

    Mahmud Abdullayev yol polisi sahəsinə yeni xidmətə cəlb olunub. Buna qədər o, Bakı şəhər Baş Polis İdarəsində şöbə rəisi vəzifəsində çalışıb.

    DYP rəisi vəzifəsinə 2017-ci ildə təyin olunan M.Abdullayevin Nərimanov rayonu Yol Polisində yaratdığı qaydalar həm bu qurumun əməkdaşları, həm də sürücülər tərəfindən daim narazılıqla qarşılanıb.

    Картинки по запросу Vilayət Eyvazov

    Bundan başqa, M.Abdullayevin polis orqanlarından təqaüdə getmək yaşının artıq çatdığı da məlum olub. Hazırda onun xidməti əmək pensiyası yaşını keçməsinə baxmayaraq, M.Abdullayev hələ də bu postda qalır.

    Qeyd edək ki, general-polkovnik Vilayət Eyvazov daxili işlər naziri təyin olunduqdan sonra bu orqanda ciddi islahatlar həyata keçirməyə başlayıb. Bunun nəticəsidir ki, son iki ay ərzində xidməti yaşı keçmiş və fəaliyyətində nöqsanlara yol verən yüksək vəzifəli polis rəisləri öz postlarını itiriblər. \\Demokrat