“Yol polisi maşını 5 dəqiqəlik evinə gələn əsgəri müşayət etsə, dünyamı dağılar?” – Sabiq deputat

273

“Müharibəyə yola salanda hamısı gəlir: İcra başçısı da, komissar da, molla da. Pafoslu çıxışlar, zurna-balaban, Quran altdan keçirmə və.s. Evə tabut gələndə yenə hamısı yığışır: pafoslu çıxışlar-filan; sonunda da şəhidin atasına bir bayraq verib tələsik aradan çıxırlar. Qalib əsgər evinə qayıdanda isə əksər hallarda heç biri gözə dəymir. Əsgəri anası və ailə üzvlərindən başqa heç kəs qarşılamır. Kəsdikləri qurbanlığı da borca-xərcə aldıqları hiss olunur. Niyə də, niyə? Onsuz da heç birinizin övladı, yaxını Qarabağın yolunu tanımır”.

 

Bunu sabiq deputat Etibar Hüseynov deyib.

 

“Heç olmasa göndərdiyiniz kasıb-kusub balalarını adam kimi qarşılayın da. Çox çətindi 5- 10 nəfər bayraqlı gənc gətirtmək? Yol polisi maşını 5 dəqiqəlik evinə gələn əsgəri müşayət etsə, dünyamı dağılar? 1-2 zurna-balaban çalan təşkil etmək çoxmu çətindi? Hər gələn əsgər ailəsinə 1 qurbanlıq qoyun göndərsəniz kasıbmı düşərsiniz? Hələ müharibə tam bitməyib əsgərə bu münasibət göstərirsiniz, 3 aydan, 5  ildən sonra nə sifətlər göstərəcəyiniz indidən bəlli.. “Qara maskalı”lar hər birinizin qapısını döyməsə siz çətin düzələsiniz…” – E.Hüseynov qeyd edib. \\Pravda.az