YILDIRIM: “TÜRK ƏSGƏRİ 30 KM İRƏLİ GEDİB” – QƏNDİLƏ YAXINLAŞIRLAR

    3

    Hurriyyet.org xəbər verir ki, Türkiyənin baş naziri Binəli Yıldırım canlı yayımda jurnalistlərin suallarına cavab verərkən, İraqın Qəndil bölgəsində yuva salmış PKK terrorçularından da bəhs edib. Yıldırım deyib: “Terrorla mübarizədə daxili terrorçuları gündəmin birinci sırasından çıxarmışıq. Fərat çayının şərqində problemimiz davam edir. Sərhədin 30 km dərinliyində TSQ qüvvələri yerləşib. Bundan sonrakı hədəf Qəndil, Mahmur və ya Səncar ola bilər. Biz bu əməliyyatları qonşu ölkələrlə birlikdə aparmaq istəyərik. Nə Suriyanın, nə də İraqın torpaqlarında gözümüz yoxdur”.

    Hurriyyet.org