Yevlaxda keçmiş məhkum qohumunu öldürdü

    33

    Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

    Yevlax rayonunun Malbinəsi kəndində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

    Rayon Polis şöbəsinə daxil olan məlumata görə, yaralı xəstəxanada dünyasını dəyişib.

    Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən kənd sakini Murad Hüseynov saxlanılıb.

    Faktla əlaqədar cinayət işi başlanılıb./oxu.az/