Yevlax rayonunda yol qəzası baş verib.
Hurriyyet.org xəbər verir ki, "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan Yevlax rayon sakinləri – 1995-ci il təvəllüdlü Kamran Səyyadzadə və 1994-cü il təvəllüdlü Faiq Bəhmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır./report/