Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var

57

Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Balçılı kənd ərazisində qeydə alınıb.

İki “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakinləri – 1990-cı il təvəllüdlü Mehman Cəfərov və 1998-ci il təvəllüdlü Babək Kərimov xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. \\Report