Yevlaxda avtomobil aşıb, xəsarət alan var

96

Yevlaxda minik avtomobili aşıb, sürücü xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə rayon ərazisindəki “Toxumçuluq” adlı yerin qarşısında qeydə alınıb.

Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Xəyal Məddiyev xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.