Yevlax sakini arvadını baltalayıb

57

Yevlaxda kişi arvadına balta ilə xəsarət yetirib.

Belə ki, rayonun Hacıselli kəndi sakini, 1977-ci il təvəllüdlü Qarayeva Elnarə Qatar qızı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Başından balta zərbəsi alan, barmaqlarının bir neçəsi kəsilən və sümükləri sındırılan qadını ərinin döydüyü və xəsarət yetirdiyi müəyyənləşib.

Yevlaxda arvadını baltalayaraq ağır xəsarət yetirməkdə şübhəli bilinən Qarayev Mehdi Atakişi oğlu tutulub.

APA-nın yerli bürosunun xəbərinə görə, o, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.