Yerlər doldu, xəstələr evdə və palatada ölür – Paşinyan

45

Mən həqiqəti olduğu kimi sizə danışmaq zərurəti hiss edirəm: bu gün Ermənistanda 200 koronavirus xəstəsi xəstəxanaya yerləşdirilməsini gözləyir.

Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü brifinqdə deyib.

“Daha sonra: bizdə tibbi yardım gecikdiyi üçün ölüm faktı qeydə alınıb. Bu, “ikitərəfli gecikmə” olub. Bir yandan ailə özü koronavirusa yoluxmanı vaxtında xəbər etməyib, digər tərəfdən tibb heyəti ona yardıma gecikib.

Daha iki ölüm isə xəstəxanada baş verib. Reanimasiyada yer olmadığı üçün iki xəstəyə zəruri tibbi yardım göstərilməyib və onlar ümumi palatada ölüb”. \\Axar