Yenidən imtahan verən məzunlar bu il qəbulda iştirak edə bilməyəcəklər

66

“Bu ilin iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün sentyabrın 10-da yenidən keçirilən buraxılış imtahanlarının nəticəsi gələn il də qüvvədə olacaq”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, buraxılış imtahanlarının nəticəsi iki il qüvvədə qalır: “Sentyabrın 10-da keçirilən imtahanda 20 minə yaxın məzun iştirak edib. Bu imtahanların nəticələri yəqin ki, 3 həftədən sonra bilinəcək. O vaxta qədər isə ali məktəblərə yerləşdirmə prosesi bitəcək. Ona görə də sentyabrın 10-da buraxılış imtahanı verənlər bu il deyil, gələn il  qəbul perosesində iştirak edə biləcəklər”.

musavat.com