Yeni təyin olunmuş rektor kimdir?

    12

    Xəbər verdiyimiz kimi, Azərbaycan İlahiyyat İnstitutuna rektor təyin edilib.

    Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

    Sərəncamla Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.

    Qeyd edək ki, Ceyhun Məmmədov 1975-ci ildə Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. Xəzər Universitetini bitirib. İlahiyyat üzrə fəlsəfə doktorudur.

    O, bu təyinata qədər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsində böyük məsləhətçi vəzifəsində çalışırdı. \\ednews.net

    HURRİYYET.ORG