“Yeni hökumətdə oliqarxlar olmayacaq” – PAŞİNYAN

    12

    Ermənistanın potensial baş naziri Nikola Paşinyan yeni hökumətdə oliqarxların olmayacağını bildirib.

    Hurriyyet.org bildirir ki, o, bu barədə öz çıxışı zamanı elan edib.

    “Heç kim heç kəsə bizneslə məşğul olmaq üçün qanunsuz şərait yaratmayacaq. Qanun pozuntularına görə cəzalandırma olmalı və hər kəs qanun qarşısında cavab verməlidir”./modern.az/