Yeni dərs ili üçün dərsliklər nə vaxt paylanacaq?

    12

    Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib.

    Hurriyyet.org bildirir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, 2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.

    Dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur.

    Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.