Yeni Zelandiyada helikopter qəzası baş verib, ölənlər var

282

Yeni Zelandiyanın Keterberi bölgəsində helikopterin qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb, üç nəfər ağır yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “The New Zealand Herald” polisə istinadla məlumat yayıb.

Qeyd olunub ki, yerli sakinlər sağ qalanları dağıntılar altından çıxarmağa kömək ediblər. Ehtimal olunur ki, xəsarət alanlar arasında uşaqlar da var və onlar xəstəxanaya aparılıblar.

Hazırda qəza ilə bağlı araşdırma aparılır.