“Yenə şəhidlərimiz var” – ARİF HACILI

213

“Cəsur generalımız Polad Həşimovun, artilleriya komandiri polkovnik-leytenant İlqar Mirzəyevin həlak olması barədə məlumat aldıq”

“Əziz bacı və qardaşlarım. Alınan məlumatlardan görünür ki, erməni tərəfi ərazilərimizə hücumları davam etdirir. Yenə şəhidlərimiz var”. Hurriyyet.org xəbər verir ki, bunu Musavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkə hesabında qeyd edib.

“Bu gün döyüşən əskər və zabitlərin başına and içdiyi deyilən, cəsur generalımız Polad Həşimovun, artilleriya komandiri polkovnik-leytenant İlqar Mirzəyevin həlak olması barədə məlumat aldıq. Başqa itkilərimiz də var”,-deyə Müsavat başqanı əlavə edib.

A.Hacılının sözlərinə görə, yəqin ki, döyüş əməliyyatları və mürəkkəb hərbi vəziyyət hələ davam edəcək: “Bu həssas məqamda, ən azı ziyan vurmamaq üçün diqqətli olmaq, döyüş bölgəsində olan əskər və zabitlərimizə dəstək vermək, ordumuzun uğuru üçün çalışmaq Azərbaycan vətənsevərlərinin borcudur. Bu Vətən Bizimdir! Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm”.

Şamo EMİN, Hurriyyet. org