Yəmənə edilən 21 hava hücumuna cavab olaraq, Səudiyyə Ərəbistanının hava bazasına hücum

    6

    Hurriyyet.org xəbər verir ki, Yəməndəki Husilərin Səudiyyə Ərəbistanının cənub-qərbində yerləşən Hamis Muşayt şəhərindəki Kral Xalid Hava Bazasın irimiqyaslı hücum elədiyi bildirilir.

    İranın dəstəklədiyi Husilərin hərbi mətbuat katibi Yəhya Şerii PUA vasitəsi ilə həyata keçirilən hücumda hərbi təyyarələrin yerləşdiyi məkanın hədəfə alındığını, hücumun Səudiyyə Ərəbistanının lideri olduğu koalisiya qüvvələrinin son 12 saat ərzində həyata keçirdiyi 21 hava hücumuna cavab olduğunu söyləyib.

    Koalisiya qüvvələri məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.

    Husilər dünən də eyni bazaya dronlar vasitəsilə hücum eləmişdilər.

    Hurriyyet.org