Yəmən qan gölünə döndü: 30-dan ARTIQ İNSAN…

    3

    Hurriyyet.org xəbər verir ki, Yəmənin Səda rayonunda hərbçilər ilə husilər arasında baş verən toqquşma nəticəsində husilərdən 30 nəfərin öldürüldüyü bildirilir.

    Yəmən ordusuna məxsus “26 September Net” adlı internet saytının hərbi mənbələrə istinad elədiyi xəbərə görə, koalisiya qüvvələrinin dəstəklədiyi hərbi qüvvələr Sədada husilərlə döyüşlərdən sonra Ketaf və El-Bak rayonlarındakı bəzi mövqeləri ələ keçiriblər.

    Husilərin qalası olan şəhərdə baş verən atışma husilərdən nəticəsində 30, Yəmən ordusundan isə 3 hərbçinin həlak olduğu, husilərin silah-sursatının ələ keçirildiyi, xəbəri verilib.

    2014-cü ilin sentyabrındann bəri husilər Yəmənin paytaxtı Səna şəhərinə və ətraf rayonlara nəzarət edirlər. 2015-ci ildən bəri Səudiyyə Ərəbistanın lideri olan koalisiya qüvvələri hökumətə dəstək verirlər.

    Hurriyyet.org