Yelləncəkdə boğazına kəndir dolanan azyaşlı öldü – Şabranda FACİƏ

12

Şabranda bədbəxt hadisə baş verib.

Hurriyyet.org apa-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü Əli Məlikli yelləncəkdə yellənərkən kəndir boğazına dolanıb.

Azyaşlı Şabran Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.