Yayın bəlası – Ağcaqanadları bu üsulla evdən uzaqlaşdırın

    3

    Yay aylarının gəlməsi ilə birlikdə isti havaların ən böyük problemi olan ağcaqanadlar da gün üzünə çıxmağa başlayıb.

    Hurriyyet.org xəbər verir ki, Metbuat.az "Miliyyet.com.tr"yə istinadən verdiyi məlumata görə, problemdən xilas olub yayı rahat başa vurmaq istəyirsinizsə, bu qarışıqdan hazırlayın.

    Buz torbası

    Süfrə duzu

    Limon suyu

    Su

    Bir neçə ədəd qəpik pul

    Sadaladığımız məhsulları torbanın içərisinə doldurun və qapınızın önündən asın. Təsirli olması üçün günəş dəyən yerdə olmalıdır. Bu üsulla ağcaqanadları evinizdən uzaqlaşdıra bilərsiniz.

    Günəş şüalarının qəpik pullara dəyməsi ilə birlikdə ortaya çıxan işıq ağcaqanadların həssas gözlərinə narahatlıq verir. Bu da onları evlərdən uzaqlaşdırır.