Yayılan cinçıxarma videosu haqda RƏSMİ AÇIQLAMA

9

Sosial şəbəkələrdə iki kişinin bir qadının bədənindən cin çıxarması haqda yayılan videogörüntülərlə bağlı araşdırma başlanılıb.

Hurriyyet.org xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ilkin məlumatda hadisənin Gədəbəydə baş verdiyi qeyd edilsə də, video Hacıqabulda çəkilib.

Belə ki, Goranboy rayon sakini olan 1992-ci il təvəllüdlü M. N.-in bədənindən uzaq qohumları tərəfindən “cin çıxarılıb”. İki qardaş özünü pis hiss edən qıza bədəninə cin girdiyini deyib və onu çıxarmağı təklif ediblər. Bunun üçün N.M.-in yaşadığı Hacıqabul rayon Pirsaat qəsəbəsinə gedib və bu “dini ayin”i onun evində reallaşdırıblar.

Goranboy rayon sakinləri olan 1989-cu il təvəllüdlü Bayramov Orxan Mahir oğlu və onun köməkçisi olan qardaşı Sərxan polisə dəvət edilərək izahatları alınıb. O.Bayramov məsələyə belə şərh verib: “Qızın bədənində qorxuluq var idi, onu götürmək üçün dini ayini yerinə yetirirdik”.

Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan görüntülər ilə bağlı Goranboy rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb və toplanmış material araşdırmanın davam etdirilməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə göndərilib.