Mütəxəssislər xəstələnmək cəhətdən yay fəslinin daha qorxulu olduğunu bildiriblər. Buna səbəb isə yay fəslində bakteriyaların çoxalmasıdır.
Bəs yay aylarında hansı qidalar immunitet sistemini gücləndirərək xəstələnməkdən qoruyur?
Həmin məhsulları təqdim edirik:
Kök – İmmun sistemini qoruyur, vücudu zərərli toksinlərdən uzaqlaşdırır.
Kələm – Hər növü yeyilməlidir. Çiy halda yemək insan sağlamlığı üçün daha faydalıdır.
Gilas – Müvsümündə yeyilən gilaslar bir çox dərmanı əvəz etmək gücünə sahibdir. Qəbizlikdən əziyyət çəkənlər bol miqdarda gilas yeyə bilərlər.
Alça – Bəziləri turş alçanın zərərli olduğunu düşünsələrdə əslində bu məlumat tamamilə yanlışdır. Mütəxəssislər turş alçanın yeyilməsində sərhədin olmadığını qeyd ediblər. Ancaq aşağı təzyiqdən əziyyət çəkənlər üçün tövsiyə edilmir.
Banan – hər mövsümdə yeyilə bilər. Vücudunuzu zərərli maddələrdən təmizləyərək yenilənməsinə kömək edəcək. \\ Medicina.az
Hurriyyet.org