“Yaxşı ki, çox danışmadız…” – Spikerdən deputata REPLİKA

    3

    Milli Məclisdə (MM) 2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələ müzakirə olunarkən maraqlı məqam yaşanıb.

    Hurriyyet.org xəbər verir ki, qanun layihəsi barədə məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə təxminən 20 dəqiqəlik çıxış edib.

    Daha sonra Z. Səmədzadə "mən çox danışıb vaxtınızı almaq istəmirəm və sizi qanuna səs verməyə çağırıram”-deyib.

    Bunu isə spiker Oqtay Əsədov gülüşlə qarşılayıb.

    "Ziyad müəllim, yaxşı ki, çox danışmadınız”- deyə, sözlərinə əlavə edib./qafqazinfo/