Yaxınlaşan infarktın gözlənilməz simptomu – FOTO

87

İnfarktdan əvvəl təngənəfəslik və sinə ağrısı ilə bağlı ənənəvi simptomlara amerikalı mütəxəssislər daha birini əlavə edib.

Florida Dermatoloji və Dəri Xərçəngi Mərkəzinin alimləri tez-tez insan dərisində özünü göstərən əlavə simptomu müəyyən edib. Bu simptom ən çox ovuc və barmaqlarda lokallaşan Osler düyünləridir (kiçik qırmızı düyünlər).

Mərkəzin mütəxəssisləri bildirib ki, məhz bu simptom infeksion endokarditin olacağına işarə edir. Endokardit isə tez-tez ürək-damar xəstəliklərinin və infarktın inkişafına səbəb olur.

Kardioloqların sözlərinə görə, pəhriz və həyat tərzindəki dəyişikliklərin köməyi ilə ilkin mərhələdə ürək-damar xəstəlikləri ehtimalını dərman olmadan xeyli azaltmaq mümkündür. \\Publika