Yaxında “Keşmişin izində” olacaqsınız

    3

    Kamran Cəfərovun "Şifrələnmiş Brailler" əsərinin motivləri əsasında çəkilən serialın sujet xətti- əsər şifrələrlə yazılmış kitaba nail olma üzərində qurulub. Baron öldürüldükdən sonra hər kəs baronun yerinə iddialı olur və həmin kitabın axtarışına çıxır. Ölmüş baron isə həmin kitabı "kor əlifbası" ilə yazdırıb və orada şifrələr qoyulub ki, kor əlifbasını oxuya bilənlərdə çətinlik çəkir. Bu arada mafiyaların öz qanunları, çəkişmələri və s. Ailəsi və evi yandırılan qəhrəman qısasını alır. Amma 20 il sonra təsadüfən bilir ki, ailəsinin qatili başqa adamdır.Deməli qısasda səhv insandan alınıb. Bununlada hadisələr öz gedişatını dəyişir.

    Serial "XəzərTV"-də yayımlanacaq və surpriz isimlərin rol alacağı bildirilir. Bizə aydın olan aktyor dəstəsi:

    Layihə rəhbəri və pradüser- Kamran Cəfərov,

    quruluşçu rejissor- Sərdar Gözəlov,

    xalq artisti Rasim Balayev,

    əməkdar artistlər- Pərviz Bağırov, Nazir Rüstəmov, Şüküfə Məmmədova, Mətanət Atakişiyeva,

    aktyorlar -İdris Rüstəmov, Müdhət Aydın,Vüqar Məmmədəliyev, Ruslan Nəsirli, Vüqar Ağayev, Sənan Hüseynov, Hüseyn Nəsirli, Şirzad Pirallahı, Orxan Rzayev, Ülviyyə Ramazanova
    İdris Rüstəmov (Dünyasını dəyişib, Filmdə kor obrazını oynayırdı) və başqaları.

    Xatırladaq ki, "Şifrələnmiş Brailler" maraqlı əsərdir. Serialda iştirak edən şəxslərin istedadı bizə əminliklə deməyə əsas verir ki, elə əsər kimi serial da maraqlı alınacaq.