YAXIN ŞƏRQDƏ HƏYƏCAN SİQNALI: İSRAİLƏ RAKETLƏR ATILDI

    6

    Hurriyyet.org xəbər verir ki, İsrail Qəzza Zolağından öz ərazisinə 25 ədəd raket atıldığını iddia edib və bu raketlərin əksərinin Dəmir Günbəz raket hücumundan müdafiə sistemi vasitəsilə dəf edildiyini bildirib.

    Rəsmi açıqlamada raketlərin Hamas təşkilatının üzvləri tərəfindən atıldığı deyilir. İsrail mediası isə səhər saatlarında bölgədə həyəcan siqnalı eşidildiyini yazıb.

    ABŞ-ın öz səfirliyinin binasına Qüdsə köçürməsindən sonra gərginliyin artdığı bölgədə dünən İsrailə məxsus tank bir Hamas üzvünün ölümünə səbəb olmuşdu.

    Son dövrdə baş verən etiraz aksiyaları zamanı həlak olan fələstinlilərin ən azı 116 nəfər olduğu, minlərlə etirazçının isə İsrail hərbçilərinin atəşi nəticəsində yaralandığı xəbərləri dünya mətbuatında öz əksini tapıb.

    Hurriyyet.org