YAXIN ŞƏRQ OD TUTUB YANACAQ! – ABŞ NÖVBƏTİ ADDIMI ATDI!

    15

    Hurriyyet.org xəbər verir ki, Qüds şəhərində ABŞ səfirliyi lövhələri asılır. “Röyters” informasiya agentliyi bu gün səhər saatlarında Qüds şəhərinin cənubundakı yollara ingilis, ivrit və ərəb dilində olan lövhələrin vurulduğu xəbərini yayıb. Yaxın Şərqi alovlar içərisində yandıran ABŞ prezidenti Donald Trampın Amerika səfirliyini Qüdsə daşımaq qərarı ilə bağlı bu gün yeni addımlar atılıb.

    Lövhələrin asıldığını göstərən fotolar əvvəlcə sosial şəbəkələrdə, sonra isə “Röyters” agentliyində yayılıb.

    Fələstinlilər arasında və bütün dünyada böyük etirazla qarşılanan qərarın mayın 14-də yerinə yetirilməsi gözlənilir. Həmin tarixdən etibarən ABŞ-ın əvvəllər Tel-Əviv şəhərində yerləşən səfirliyi Qüds şəhərində fəaliyyət göstərməyə başlayacaq.

    Hurriyyet.org