“Yaxın vaxtlarda Naxçıvanla  quru yolunun açılmasını gözləmirəm” – ARİF HACILI

198

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənəddə Naxçıvanla quru əlaqəsinin təmin edilməsi də öz əksini tapıb. Sizcə Naxçıvanla quru əlaqəsinin təmin olunması Azərbaycanın və regionun gələcəyinə nə vəd edir?

“Bağlanılan razılaşmada bu yolun açılmasıyla bağlı müddəalar deklorativ xarakter daşıyır. Mən, yaxın vaxtlarda bu yolun açılmasını gözləmirəm. Açılacağı təqdirdə bu böyük bir tarixi hadisə olacaq”

Bunu Hurriyyet.org-a Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O, yolun açılacağı təqdirdə iqtisadi, həm siyasi , həm də ölkələrarası əlaqələr baxımından böyük bir hadisə olacağını bildirib:

“Əgər, doğurdanda bu baş tutarsa və həqiqətən də Naxçıvanla Azərbaycan arasında təhlükəsiz yerüstü nəqliyyat xətti fəaliyyətə başlayarsa, bu həm Azərbaycan üçün, həm də bütövlükdə region üçün əhəmiyyətli hadisə olar. Çünki, Azərbaycan üzərindən birbaşa Türkiyə ilə quru əlaqəsinin yaranması, bununla da Avrasiya materikinin birləşməsi türk dünyasının birbaşa quru üzərindən əlaqələrinin təmin olunması üçün  bir vasitə deməkdir. Ancaq, bağlanılan razılaşmada bu yolun açılmasıyla bağlı müddəalar deklorativ xarakter daşıyır. Mən, yaxın vaxtlarda bu yolun açılmasını gözləmirəm. Açılacağı təqdirdə bu böyük bir tarixi hadisə olacaq. Həm iqtisadi, həm siyasi , həm də ölkələrarası əlaqələr baxımından böyük bir hadisə deməkdir”.

YƏHYA