YAXIN ŞƏRQ FACİƏSİNDƏ RUSİYA SSENARİSİ – Suriyalılar muzdlu hərbi dəstələrə cəlb olanaraq Liviyaya göndərilir

75

Hurriyyet.org xəbər verir ki, Suriyada Bəşər Əsəd hakimiyyətinə, Liviyada qiyamçı general Xəlifə Həftərə dəstək verən Rusiya Liviyaya göndərmək üçün Suriyadan muzdlu hərbçi toplamaqdadır.

Rusiya Suriyada hökumətin nəzarətində qalmış bölgələrdə işə götürdüyü suriyalıları Liviyada Milli Barışıq Hökumətinə qarşı döyüşdürmək üçün muzdlu əsgərlərə çevirir.

Suriya İnsan Hüquqları Müşahidə Evinin verdiyi məlumata görə, Rusya Suriyanın Dera, Süveyde, Humus, Hama, Haseke və Deyrizor rayonlarındakı həyat şəraitinin və iqtisadi vəziyyətin pisləşməsindən faydalanaraq, əlacsız qalmış, işsiz, imkansız suriyalarılar arasından muzdlu əzgərlər toplayır.

Yerli mənbələr Liviyaya göndərilmək üçün Rakka, Humus, Latakiya, Haseke, Süveyda və Deyr əz Zor rayonlarından 2700 nəfər suriyalının toplanaraq muzdlu hərbi dəstələrə cəlb olunduğunu bildirirlər. Rusiya şirkətlərinin hər bir muzdlu əsgər üçün 1000 dollara yaxın maaş ödədiyi bildirilir.

Hurriyyet.org