“Yaxın günlərdə peyvəndlə bağlı xəbər veriləcək” – TRAMP

117

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yeni tipli koronavirus epidemiyasına qarşı rekord müddət ərzində peyvənd istehsal eləmək ərəfəsində olduqlarını və xəbərin yaxın  zamanda veriləcəyini bildirib.

“Məktəblər açılsın”

Tramp Kovid-19 epidemiyasından sonra məktəblərin payızda açıqlması ilə bağlı israrlı olduğunu bildirib: “Məktəblərimizə geri dönüb bu siyasi səfehliyə son qoymalıyıq. Demokratlar məktəblərin açılmasını istəmirlər. Çünki bunun onlara 3 noyabr seçkilərində kömək edəcəyini güman edirlər. Lakin mən bunun onlara seçkilərdə zərər verəcəyini düşünürəm. Məktəbləri açın”.

“Çox yaxın zamanda peyvənd xəbərini eşidəcəksiniz”

Elmi sahədə də irərliləmə olduğunu vurğulayan Tramp deyib: “Hazırda Kovid-19-aqarşı istifadə edilən bir çox təsirli müalicə mövcuddur. Bir çoxu da hazırlanma mərhələsindədir. Rekord bir müddətdə peyvənd istehsal eləmək yolundayıq və çox-çox yaxın bir zamanda bu peyvəndin xəbərinin verilməsinə inanıram”.

Hurriyyet.org