Bakının Qaradağ rayonunda qohumlar arasında dava qanla bitib. Hadisə Qobustan qəsəbəsində qeydə alınıb. 1958-ci il təvəllüdlü Şəkərov Həsənəli qohumu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.
Yaralı çoxsaylı bıçaq xəsarətləri alaraq 3 nömrəli şəhər xəstəxanasına yerləşdirilib. Fakt Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırılır.